Ölkənin xarici borcu azalma tendensiyasındadır
Azərbaycanın valyuta və qızıl ehtiyatları ölkənin ümumi daxili məhsulunu üstələyir
Ajans.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində söyləyib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda möhkəm makroiqtisadi və makrofiskal dayanıqlılığı təmin edilib.
“Bizim valyuta və qızıl ehtiyatlarımız bugünkü gündə ölkənin ümumi daxili məhsulunu üstələyən bir həcmdədir. Son illərin dinamikası göstərir ki, bütün xarici şoklara və böhranlara baxmayaraq, ölkənin xariciborcu azalma tendensiyasındadır, ehtiyatları isə artır",- deyə M.Cabbarov bildirib.
Mövzular: