Reklam resmi
Reklam resmi

ABŞ-nin müvəqqəti işlər vəkili Hindistan XİN-ə çağırılıb

ABŞ-nin müvəqqəti işlər vəkili Hindistan XİN-ə çağırılıb
Dünya

Ticarət gəmisinə edilən və üç hindistanlı dənizçinin itkin düşdüyü hücumla əlaqədar ABŞ-nin müvəqqəti işlər vəkili Ceyson Miks Hindistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Ajans.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Yeni Dehlinin Oman sahillərində göyərtəsində 24 Hindistan vətəndaşının olduğu "Settebello" kommersiya gəmisinə hücumu pisləməsindən sonra diplomata etiraz edilib.

"Hindistan bir daha gərginliyin azaldılmasına, ticarət gəmiçiliyinin qorunmasının təmin edilməsinə və beynəlxalq sularda gəmiçiliyin təhlükəsizliyinin bərpa olunmasına çağırıb", - XİN-in bəyanatında qeyd edilib.

Mövzular:
Hindistan Xarici İşlər Nazirliyi Ceyson Miks

Digər Xəbərlər