Reklam resmi
Reklam resmi

Moldova Rusiyadan bunu TƏLƏB ETDİ

Moldova Rusiyadan bunu TƏLƏB ETDİ
Dünya

“Rusiya hərbi qüvvələrinin işğal edilmiş Dnestryanı bölgədən çıxarılması Ukrayna üzrə sülh danışıqlarının bir hissəsi kimi müzakirə olunmalıdır”.

Ajans.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

Dövlət başçısı bildirib ki, bu təklifi Avropa İttifaqı (Aİ) rəhbərliyi ilə danışıqlarda irəli sürüb.

“Rusiya qoşunlarının Ukraynadan çıxarılmasından danışarkən, ölkəmizdəki Rusiya qoşunlarının çıxarılması məsələsini də müzakirə etməliyik. Artıq avropalılarla bu barədə danışmışıq. İnanıram ki, avropalılar bu məsələni qaldıracaqlar. Bu, Avropanın, Ukraynanın və ən əsası bizim maraqlarımıza uyğundur. Buna görə də, avropalıların bu məsələni müzakirə etməməsi üçün heç bir səbəb görmürəm”, - Moldova Prezident vurğulayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Moldova Maya Sandu Vladimir Putin

Digər Xəbərlər