Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Milli Qvardiyasının Moskva vilayəti üzrə mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Lopatina küçəsində yerləşən məktəbəqədər təhsil müəssisəsindən həyəcan siqnalı daxil olduqdan sonra baş verib. Hadisə yerinə gələn Milli Qvardiya əməkdaşları kişini aqressiv davranış sərgiləyərkən, yoldan keçənlərə sataşarkən və ədəbsiz ifadələr işlədərkən aşkar ediblər.
Şəxs ətrafdakıların iradlarına məhəl qoymayaraq uşaq bağçasının ərazisinə daxil olmağa cəhd edib. O, dərhal saxlanılıb.
Dindirmə zamanı kişi uşaq bağçasına daxil olmaq istəməsini özünü uşaq hesab etməsi ilə izah edib.