Reklam resmi
Reklam resmi

Tanınmış müğənni küçədən zibil YIĞIR

Tanınmış müğənni küçədən zibil YIĞIR
Dünya
1339

Ehtiyacı olanlara göstərdiyi xeyriyyə fəaliyyəti ilə tez-tez gündəmə gələn müğənni Çelik bu dəfə Samsunda tullantı kağız toplayaraq dolanışığını təmin edən bir qadına dəstək olmaq üçün küçələrə çıxıb.

Ajans.az xəbər verir ki, sənətçi bu dəfə kimliyini gizlədərək bir müddət kağız toplayıb və Serpil adlı qadına yardım göstərib. Onun bu addımı geniş ictimai rəğbətlə qarşılanıb.

Müğənni Çelik son illərdə sosial məsuliyyət layihələri ilə diqqət çəkir. O, daha əvvəl konsert gəlirlərindən istifadə edərək yerli marketlərdə vətəndaşların borclarını ödəməsi ilə gündəmə gəlmişdi.

Bu dəfə isə Samsunun İlkadım rayonunda təkrar emal materialları toplayaraq dolanışığını təmin edən qadına dəstək göstərməsi onun humanitar fəaliyyətinin davamı kimi qiymətləndirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çelik Türkiyə

Digər Xəbərlər