Reklam resmi
Reklam resmi

İsraillilərin 61%-i Netanyahunun əleyhinədir

İsraillilərin 61%-i Netanyahunun əleyhinədir
Dünya

İsraildə keçirilən ictimai rəy sorğusunun nəticələrinə əsasən, vətəndaşların 60 faizdən çoxu Benyamin Netanyahunun növbəti parlament seçkilərindən sonra da baş nazir vəzifəsində qalmasını istəmir.

Ajans.az xəbər verir ki, bu barədə The Times of Israel nəşri İsrail Demokratiya İnstitutunun sorğusuna istinadən məlumat yayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 61 faizi bu payız keçirilməsi gözlənilən parlament seçkilərindən sonra Netanyahunun hökumətə rəhbərlik etməsinin əleyhinə olduğunu bildirib.

Bundan başqa, iştirakçıların 61 faizi bir şəxsin iki müddətdən artıq baş nazir vəzifəsində çalışmasına məhdudiyyət qoyulmasını dəstəkləyib.

Sorğu 31 may–5 iyun tarixləri arasında keçirilib və araşdırmada 750 nəfər iştirak edib.

Nəşr xatırladıb ki, Benyamin Netanyahu 2009–2021-ci illərdə İsrailin baş naziri olub. O, 2022-ci ildə yenidən bu vəzifəyə qayıdıb.

İsraildə növbəti parlament seçkilərinin dəqiq tarixi hələ müəyyənləşdirilməsə də, səsvermənin ən geci 27 oktyabradək keçirilməsi gözlənilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Binyamin Netanyahu

Digər Xəbərlər