Yeniyetmələrə sosial şəbəkə QADAĞAN EDİLİR - Bu ölkədə
Böyük Britaniyanın Baş naziri Kir Starmer yeniyetmələr və 16 yaşdan aşağı uşaqlar üçün bir sıra sosial şəbəkələrin istifadəsinə qadağa tətbiq etməyə hazırlaşır.
Ajans.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hökumətin valideynlərlə keçirdiyi müşavirə başa çatdıqdan sonra Starmer bu məsələ ilə bağlı mövqeyini daha da sərtləşdirib. Texnologiya məsələləri üzrə nazir Liz Kendall bildirib ki, sorğuda iştirak edənlərin hər 10 nəfərindən 9-u bu cür məhdudiyyətlərin tətbiqini dəstəkləyib.
Mövzular: