Müğənnini komunal borca görə MƏHKƏMƏYƏ VERDİLƏR
Rusiyanın məşhur müğənnisi Alla Puqaçovaya qarşı Moskvadakı mənzilinə görə yaranmış kommunal borcla bağlı məhkəmə iddiası qaldırılıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, enerji təchizatı şirkəti müğənninin paytaxtın Arbat rayonunda yerləşən elit "Filippovski" yaşayış kompleksindəki mənzili üzrə ödənilməmiş elektrik enerjisi xərclərinə görə məhkəməyə müraciət edib.
Bildirilir ki, Puqaçova 2023-cü ilin oktyabrından 2026-cı ilin yanvarınadək kommunal ödənişləri həyata keçirməyib. Nəticədə onun 8 722 rubl məbləğində borcu yaranıb. İyun ayında magistrat məhkəməsi enerji şirkətinin müğənniyə qarşı iddiasını icraata qəbul edib.
Məlumata görə, bu ilin yazında iki avtomobil dayanacağı ilə birlikdə satılan, sahəsi 300 kvadratmetr olan beşotaqlı mənzil satışa çıxarılıb. Əmlakın qiyməti 5 milyon dollar (təxminən 391 milyon rubl) olaraq müəyyən edilib.
Bununla yanaşı, daşınmaz əmlak bazarı üzrə mütəxəssislər bildirirlər ki, mənzil bazar qiymətindən daha ucuz təklif olunsa da, belə yüksək məbləğə alıcı tapmaq asan deyil. Qeyd olunur ki, həmin yaşayış kompleksində yerləşən oxşar mənzillərin qiyməti təxminən 500 milyon rubla çatır.