Rusiyada tələbə müəmmalı şəraitdə ÖLDÜ
Rusiyanın Novosibirsk şəhərində Novosibirsk Dövlət Universitetinin (NSU) ikinci kurs tələbəsi yataqxananın pəncərəsinin altında huşsuz vəziyyətdə aşkarlanıb.
Ajans.az xəbər verir ki, bu barədə Ngs.ru portalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, iyunun 6-da yataqxana ərazisindən güclü səs eşidilib. Lakin yaxınlıqda genişmiqyaslı tikinti işləri aparıldığından səsə ciddi əhəmiyyət verilməyib.
Tələbənin tanışlarından biri bildirib ki, o, əvvəllər akademik müsabiqələrdə fəal iştirak edən və yaxşı göstəriciləri ilə seçilən tələbə olub. Bununla belə, son vaxtlar dərslərdə iştirakının azaldığı qeyd edilir.
Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır. Novosibirsk üzrə istintaq orqanları faktla bağlı yoxlamalara başlayıb və hadisənin bütün detallarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Mövzular: