Yaponiyanın Mie prefekturasında Filippin yaxınlığında baş vermiş zəlzələdən sonra yaranan sunami təhlükəsi səbəbindən 42 mindən çox sakin üçün təxliyə əmri elan edilib.
Ajans.az xəbər verir ki, bu barədə iyunun 8-də NHK telekanalı məlumat yayıb.
Məlumata görə, Şima şəhərində 22 201 ev təsərrüfatını əhatə edən, ümumilikdə 42 611 nəfərə təxliyə əmri verilib.
Bundan əlavə, Kaqoşima, Aiçi və Şizuoka prefekturalarının bir sıra şəhərlərində də təxliyə tədbirləri həyata keçirilir. NHK-nın məlumatına əsasən, Naha və Koçi şəhərlərinin sakinləri də təxliyə əmrinin şamil olunduğu ərazilər arasındadır.
Yaponiya hakimiyyəti sahilyanı bölgələrin sakinlərini təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyə və rəsmi qurumların göstərişlərini izləməyə çağırıb.