Reklam resmi
Reklam resmi

İsrail İrandakı hərbi hədəflərə zərbələr endirib- FOTO

İsrail İrandakı hərbi hədəflərə zərbələr endirib- FOTO
Dünya

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, ölkənin Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi hissələrində yerləşən hərbi hədəflərə zərbələr endirib.

Ajans.az xəbər verir ki, hücumlar İsrailin əməliyyatları təxirə salmağa razı olması barədə xəbərlərə baxmayaraq həyata keçirilib.

Bildirilir ki, İsfahanda həyata keçirilən hücumlardan biri pilotsuz uçuş aparatlarının istehsalı ilə əlaqəli obyekti və digər hərbi obyektləri hədəfə alıb.

Eyni zamanda, Xuzistan əyalətinin Mahşəhr bölgəsində neft-kimya zavodunda yanğın baş verib. Məlumata görə, zərbələr zamanı raketlər İraq hava məkanından və Aralıq dənizində yerləşən hərbi gəmilərdən buraxılıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail İran

Digər Xəbərlər