Reklam resmi
Reklam resmi

70 %-nə nəzarət edəcəyik - Netanyahu

70 %-nə nəzarət edəcəyik - Netanyahu
Dünya

İsrail yaxın gələcəkdə Qəzza zolağındakı hərbi mövcudluğunu genişləndirmək və anklav ərazisinin 70 %-ni nəzarət altına götürmək niyyətindədir.

Ajans.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında bildirib.

Məlumata görə, bəyanatda Qəzzada HƏMAS hərəkatına qarşı əməliyyatların qətiyyətlə davam etdiyi vurğulanıb:

"Biz Qəzza zolağında HƏMAS ətrafındakı həlqəni hər tərəfdən daraldırıq. Hazırda anklav ərazisinin 60 %-dən çoxuna nəzarət edirik və tezliklə bu göstəricini 70 %-ə çatdıracağıq. Onların yenidən silahlanmasına və ya bizə zərər vurmasına icazə verməyəcəyik, həmçinin yüksək komandanlıq heyətini məhv edəcəyik".

Mövzular:
İsrail Qəzza zolağı Benyamin Netanyahu HƏMAS

Digər Xəbərlər