Rusiyanın Kirov vilayətində 20 yaşlı qadın iki aylıq oğlunun ölümü ilə bağlı saxlanılıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə iyunun 1-nə keçən gecə Leninskaya İskra kəndində baş verib.
İstintaqın versiyasına əsasən, gənc ana iki aylıq oğlunun baş nahiyəsinə bir neçə dəfə zərbə endirib. Aldığı xəsarətlər nəticəsində körpə hadisə yerində həyatını itirib.
Hadisədən sonra qadın və onun partnyoru ərazini tərk ediblər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi qısa müddət ərzində saxlayıblar.
Faktla bağlı cinayət işi açılıb. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.