Reklam resmi
Reklam resmi

Tanınmış sima ögey oğlu tərəfindən ÖLDÜRÜLDÜ

Tanınmış sima ögey oğlu tərəfindən ÖLDÜRÜLDÜ
Dünya
317

ABŞ-da “Jumanji”, “K-9” və “Top Gun: Maverick” filmlərindəki rolları ilə tanınan 81 yaşlı aktyor Ceyms Hendi bıçaqlanaraq öldürülüb.

Ajans.az xəbər verir ki, Los-Anceles Polis İdarəsi aktyorun qətli ilə bağlı araşdırma aparır. Hadisə şəhərin Tarzana məhəlləsində baş verib. Polisə daxil olan zəngdə bir şəxs adam öldürdüyünü bildirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları Ceyms Hendini evin həyətində bıçaq xəsarətləri almış və huşsuz vəziyyətdə tapıblar. Aktyor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətldə şübhəli bilinən 44 yaşlı Maykl Qledhil saxlanılıb. Məlumata görə, o, aktyorun münasibətdə olduğu qadının oğludur. Qledhil qətldə ittiham olunub və onun üçün 2 milyon dollar məbləğində girov müəyyən edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır. İstintaqın maraqları naminə əlavə təfərrüatlar hələlik açıqlanmır.

author picture
Leyla Bayandurlu
Mövzular:
aktyor ölüm sima kriminal cinayət Ceyms Hendi ABŞ

Digər Xəbərlər