Reklam resmi
Reklam resmi

Kanada sahillərində yeddi balina ÖLÜ TAPILIB

Kanada sahillərində yeddi balina ÖLÜ TAPILIB
Dünya

Kanadanın Britaniya Kolumbiyası əyaləti sahillərində aprel və may aylarında yeddi boz balinanın cəsədi aşkar edilib.

Ajans.az CTV telekanalına istinadən xəbər verir ki, ən son ölü balinalar 18, 24 və 31 may tarixlərində Haida Qvayi arxipelaqı sahillərində tapılıb. Bundan əvvəl aprel ayında Vankuver adası sahillərində 10 gün ara ilə daha dörd balinanın cəsədi aşkarlanmışdı.

İlkin araşdırmalar nəticəsində heyvanlardan ən azı ikisinin ağır qidalanma çatışmazlığı səbəbindən öldüyü müəyyən edilib. May ayında tapılan balinaların ölüm səbəbləri isə hələlik açıqlanmayıb.

Nazirlik nümayəndələri daha çox ölüm hallarının istisna olunmadığını bildiriblər. Mütəxəssislərin fikrincə, ötən yay şimal enliklərində ənənəvi qidalanma bölgələrində resurs çatışmazlığı yaranıb və bu, balinaların kifayət qədər qidalanmasına mane olub. Balinalar isə adətən qış çoxalma mövsümündə qidalanmır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kanada balina Britaniya Kolumbiyası əyaləti

Digər Xəbərlər