Reklam resmi
Reklam resmi

Nadir Apple kompüteri satışa ÇIXARILIB

Nadir Apple kompüteri satışa ÇIXARILIB
Dünya

“Apple” şirkətinin həmtəsisçisi Stiv Cobsun dostuna hədiyyə etdiyi nadir kompüter 2026-cı il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) satışa çıxarılıb.

Ajans.az xəbər verir ki, “Stargift Gallery” tərəfindən təşkil olunan “Zaman Arxivi” sərgisi forum çərçivəsində fəaliyyətə başlayıb. Sərginin əsas eksponatı Stiv Cobsun əfsanəvi videooyun pioneri Allan Alkornaya şəxsən hədiyyə etdiyi, 1970-ci illərin sonlarına aid orijinal “Apple” kompüteridir.

Nadir kompüter 35 milyon rubl başlanğıc qiyməti ilə satışa təqdim olunub.

Sərgidə bununla yanaşı, bir sıra tarixi əhəmiyyət daşıyan eksponatlar da nümayiş etdirilir. Onların arasında geoloq İvan Qubkinin imzası olan mineralogiya kolleksiyası, bəstəkar Pyotr Çaykovskiyə aid nadir arxiv materialları və rəssam Mark Şaqalın indiyədək dərc olunmamış məktubları yer alır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Apple ABŞ Stiv Cobs

Digər Xəbərlər