Reklam resmi
Reklam resmi

Saatlıda “El Pəhləvanlığı – Qəhrəmanlıq irsi, pəhləvanlıqdan gələcəyə” adlı tədbir keçirilib

Saatlıda “El Pəhləvanlığı – Qəhrəmanlıq irsi, pəhləvanlıqdan gələcəyə” adlı tədbir keçirilib
Cəmiyyət

2 iyun 2026-cı il tarixində Saatlı rayonunda “El Pəhləvanlığı – Qəhrəmanlıq irsi, pəhləvanlıqdan gələcəyə” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “El Pəhləvanları” İdman Klubu İctimai Birliyinin təşkilatçılığı ilə baş tutmuşdur.

Ajans.az xəbər verir ki, tədbir iştirakçıları çıxış edərək, el pəhləvanlarını salamlayıblar.

Layihənin rəhbəri Hüseynov Nurəddin Beyləqanlı layihə haqqında ətraflı məlumat verib, el pəhləvanlığı irsinin yaşadılması, təbliği və gənc nəslə aşılanmasının vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan el pəhləvanlığı irsinin qorunması, milli dəyərlərimizin təbliği, qədim pəhləvanlıq ənənələrinin yaşadılması və gələcək nəsillərə çatdırılmasından ibarətdir.

Çıxışlardan sonra el pəhləvanlarının iştirakı ilə müxtəlif güc və məharət nümunələri nümayiş etdirilib, tədbir iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Mövzular:
"El Pəhləvanlığı – Qəhrəmanlıq irsi pəhləvanlıqdan gələcəyə” Saatlı QHT “El Pəhləvanları” İdman Klubu İctimai Birliyi

Digər Xəbərlər