Ermənistanda hərbçi ÖLDÜ
Ermənistan Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı məlumat yayıb.
Ajans.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, N saylı hərbi hissənin hərbçisi Aramais Merujanoviç Gevorqyanın meyiti iyunun 2-də gecə saat 00:10 radələrində aşkar edilib.
Məlumatda hərbçinin ölüm səbəbi barədə ətraflı məlumat verilməyib.
Hadisənin bütün hallarının və səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.
Ermənistan Müdafiə Nazirliyi istintaqın nəticələri ilə bağlı əlavə məlumat veriləcəyini qeyd edib.
Mövzular: