Reklam resmi
Reklam resmi

Paşinyana sui-qəsd hazırlayan şəxs SAXLANILDI

Paşinyana sui-qəsd hazırlayan şəxs SAXLANILDI
Dünya

Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlayan Mher Mirzoyana qarşı qətimkan tədbiri olaraq həbs seçilib.

Ajans.az-ın məlumatına görə, bu barədə Ermənistan Respublikasının İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan Respublikası İstintaq Komitəsinin İrəvan İstintaq İdarəsi tərəfindən araşdırılan cinayət işi üzrə ibtidai istintaq zamanı aparılan genişmiqyaslı sübutlar və digər prosessual hərəkətlər, o cümlədən çoxsaylı axtarışlar və təxminən iyirmi dindirmə nəticəsində Ermənistan Respublikası Baş nazirinə sui-qəsd hazırlayan şəxslərdən birinin şəxsiyyəti aşkar edilib.

"Xüsusilə, 2024-cü ildən bəri xarici ölkədə yaşayan M.M.-nin 4 nəfərlə birlikdə Ermənistan Respublikası Baş nazirinin siyasi və dövlət fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olaraq, onu qanunsuz olaraq həyatından məhrum etmək məqsədilə vasitələr əldə etməsi və şərait yaratması, xüsusən də şəxsiyyətlərini gizlətmək üçün geyim və maskalar əldə etməsi, eləcə də Ermənistan Respublikası Baş nazirinin harada olması və seçki kampaniyası haqqında məlumat toplaması, qətli hazırlaması, daha sonra qeyd olunan geyim və maska ​​taxaraq Ermənistan Respublikası Baş nazirinə ünvanlanmış video mesajı yazması və yayması, bu zaman təhdidlər etməsi barədə faktiki məlumatlar əldə edilib" - məlumatda bildirilib.

Mövzular:
paşinyan sui-qəsd həbs

Digər Xəbərlər