Rusiyanın bu şəhərində İŞIQ YOXDU
Rusiya şəhərlərindən biri olan İrkutskda on minlərlə sakin elektrik enerjisiz qalıb.
Ajans.az Telegram kanalı “Babr Mash”-a istinadən xəbər verir ki, elektrik kəsintisi Leninski rayonunda qəfil nasazlıq səbəbindən baş verib. Nəticədə şəhərin bir sıra küçələrində yerləşən 600-dən çox ev işıqsız qalıb.
Elektrik kəsintisinin Volqoqradskaya, Qrajdanskaya, Leninqradskaya, Mariya Ulyanova, Marşal Qovorov, Mira, Panfilova, Poçtamtskaya, Tamanskaya, Traktovaya, Şpaçeka və Krasnıy Put küçələrini əhatə etdiyi bildirilir.
Mühəndislərin məlumatına görə, elektrik təchizatının 1 iyun axşam saatlarında bərpa olunması gözlənilir.
Mövzular: