"Metallica" qrupu yeni tamaşaçı rekorduna imza atdı
ABŞ-nin məşhur "Metallica" qrupu Almaniyada keçirilən konsertlər üzrə tarixi tamaşaçı rekordunu yeniləyib.
Ajans.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, qrupun Berlin şəhərində yerləşən "Olympiastadion Berlin" stadionunda baş tutan konsertinə 95 min tamaşaçı qatılıb. Bu göstərici həmin arenada 2009-cu ildə çıxış edən "U2" qrupunun rekordundan təxminən 5 min nəfər çoxdur.
Mövzular: