Reklam resmi
Reklam resmi

Türkiyədə DƏHŞƏTLİ qəza- ÖLƏNLƏR VAR

Türkiyədə DƏHŞƏTLİ qəza- ÖLƏNLƏR VAR
Dünya

Türkiyənin Denizli vilayətində şəhərlərarası sərnişin avtobusunun qəzaya uğraması nəticəsində səkkiz nəfər həlak olub, 33 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ajans.az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, avtobus İzmir şəhərindən Antalya istiqamətində hərəkət edirmiş.

Qəza Denizli-Aydın avtomobil yolunun Sarıköy qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. Məlumata görə, avtobus hələlik naməlum səbəbdən idarəetmədən çıxaraq təhlükəsizlik çəpərinə çırpılıb və bundan sonra alovlanıb.

Hadisə yerinə operativ şəkildə təcili tibbi yardım briqadaları, xilasedicilər və yanğınsöndürənlər cəlb olunublar.

"BirGün" qəzetinin məlumatına görə, qəza nəticəsində həyatını itirən səkkiz nəfər arasında bir uşaq və avtobusun sürücüsü də var.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Türkiyə Denizli vilayəti qəza

Digər Xəbərlər