Reklam resmi
Reklam resmi

ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini sıradan çıxarıb

ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini sıradan çıxarıb
Dünya

ABŞ Silahlı Qüvvələri İran limanına doğru hərəkət edən növbəti kommersiya gəmisini sıradan çıxarıb.

Ajans.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Qambiya bayrağı altında üzən “Lian Star” quru yük gəmisi ABŞ hərbçilərinin bir neçə xəbərdarlığını nəzərə almayıb. Bundan sonra ABŞ ordusu gəmini hərəkətsiz vəziyyətə salmaq üçün aviasiyadan istifadə edib.

Qeyd olunur ki, ABŞ hərbçiləri gəminin göyərtəsinə çıxmayıblar. Hazırda gəmi Oman körfəzində nəzarətsiz şəkildə sürüklənir.

Mövzular:
ABŞ hərbi gəmi

Digər Xəbərlər