Reklam resmi
Reklam resmi

Xalq artisti xəstəxanaya YERLƏŞDİRİLDİ

Xalq artisti xəstəxanaya YERLƏŞDİRİLDİ
Hadisə
2036

Xalq artisti Həsən Ağasoy xəstəxanaya yerləşdirilib.

Ajans.az xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz məlumat verib.

O bildirib ki, Xalq artisti şəkəri maksimum səviyyədə qalxdığı üçün təcili həkim nəzarətinə götürülüb.

Jurnalist Naxçıvan Mərkəzi Xəstəxanasında müalicə alan H. Ağasoyun hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.

Heydər Oğuz əlavə edib ki, Naxçıvanın Mədəniyyət Nazirliyinin əməkdaşları və işlədiyi Naxçıvan Dram Teatrınin işçiləri, bütün mədəniyyət xadimləri Xalq artistini yalnız buraxmayıblar. Onu ziyarət etmək üçün xəstəxanaya gəliblər.

BakuPost
Mövzular:
Xalq artisti Həsən Ağasoy xəstəxana

Digər Xəbərlər