Reklam resmi
Reklam resmi

İsrail Livanda əməliyyatı genişləndirir

İsrail Livanda əməliyyatı genişləndirir
Dünya

İsrail Müdafiə Qüvvələri (İMQ) strateji ərazilərə nəzarəti ələ keçirmək məqsədilə Livanın cənubunda hərbi əməliyyatı genişləndirir.

Ajans.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Təhlükəsizlik Kabinetinin iclasının əvvəlində bildirib.

"Mənim göstərişimə uyğun olaraq Livandakı əməliyyatı genişləndiririk. İsrail Müdafiə Qüvvələri bölgədə böyük qüvvələrlə fəaliyyət göstərir və strateji əraziləri nəzarətə götürür. Biz İsrailin şimalındakı yaşayış məntəqələrini qorumaq üçün təhlükəsizlik zonasını gücləndiririk", - Netanyahu deyib.

Mövzular:
Livan israil ölüm

Digər Xəbərlər