Reklam resmi
Reklam resmi

Almaniyada genişmiqyaslı militarizasiya BAŞLAYIB

Almaniyada genişmiqyaslı militarizasiya BAŞLAYIB
Dünya

Almaniyada ictimai həyatın müxtəlif sahələrində genişmiqyaslı militarizasiya prosesinin başladığı bildirilir.

Ajans.az xəbər verir ki, bu barədə Beynəlxalq Sülh Bürosunun keçmiş həmsədri Rainer Braun danışıb. Onun sözlərinə görə, ölkədə aparılan dəyişikliklər təkcə müdafiə büdcəsinin artırılması ilə məhdudlaşmır.

Braun qeyd edib ki, potensial hərbi münaqişəyə hazırlıq tədbirləri səhiyyə sistemi, mülki müdafiə, təhsil müəssisələri və hətta ekoloji təşəbbüsləri də əhatə edir.

Ekspertin sözlərinə görə, keçirilən sorğular almanların təxminən 35 faizinin silahlanma yarışına skeptik yanaşdığını göstərir. Bununla belə, “müdafiə hazırlığı” anlayışı və Rusiya fonunda təhlükə obrazının formalaşdırılması artıq ictimai şüurda möhkəmlənməyə başlayıb və müəyyən ictimai dəstək qazanıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya militarizasiya

Digər Xəbərlər