Reklam resmi
Reklam resmi

İsrailin NÖVBƏTİ HÜCUMU- ÖLƏNLƏR VAR

İsrailin NÖVBƏTİ HÜCUMU- ÖLƏNLƏR VAR
Dünya

İsrailin Livanın qərbində yerləşən Bekaa vadisindəki Maşqara yaşayış məntəqəsinə endirdiyi hava zərbələri nəticəsində azı 12 mülki şəxs həlak olub.

Ajans.az xəbər verir ki, Livanın təcili yardım xidmətindəki mənbənin məlumatına görə, dağıdılmış evlərin dağıntıları altından 12 nəfərin meyiti çıxarılıb. Bildirilir ki, ölənlərin hamısı mülki şəxslərdir. Hadisə nəticəsində çox sayda yaralanan da var.

Mənbə qeyd edib ki, xilasedicilər səhər saatlarından etibarən axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər və ölənlərin sayının artacağı istisna edilmir.

Bundan əvvəl hərbi mənbələr İsrail aviasiyasının bazar ertəsi axşamı Maşqara yaşayış məntəqəsinə altı güclü hava zərbəsi endirdiyini bildirmişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail İran Livan

Digər Xəbərlər