Reklam resmi
Reklam resmi

İtaliyada Ebola virusu AŞKARLANIB

İtaliyada Ebola virusu AŞKARLANIB
Dünya

İtaliyada Ebola qızdırmasına yoluxma ilə bağlı iki şübhəli hal müəyyən edilib.

Ajans.az Daily Mail-ə istinadən xəbər verir ki, Uqandadan üç aylıq humanitar missiyadan qayıdan iki şəxs — bir kişi və bir qadın — ölkəyə döndükdən sonra yüksək hərarət, ürəkbulanma, qusma və mədə-bağırsaq pozğunluğu kimi simptomlar göstəriblər.

Hər iki şəxs yüksək riskli yoluxucu xəstəliklərin müalicəsi üzrə ixtisaslaşmış Milanın Sakko Xəstəxanasına yerləşdirilib.

Bununla belə, yerli səhiyyə rəsmiləri bildirib ki, hazırda onların Ebola virusuna yoluxduğunu təsdiqləyən dəqiq dəlil yoxdur və diaqnoz laborator analizlərdən sonra dəqiqləşdiriləcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
İtaliya ebola virusu

Digər Xəbərlər