Reklam resmi
Reklam resmi

Putin internet məhdudiyyətlərini yumşaltmaqdan İMTİNA ETDİ

Putin internet məhdudiyyətlərini yumşaltmaqdan İMTİNA ETDİ
Dünya

Rusiya prezidenti Vladimir Putin internet məhdudiyyətlərinin yumşaldılması ilə bağlı siyasi elita və bəzi rəsmilərin müraciətlərini qəbul etməyib.

Ajans.az The Guardian-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının nümayəndələri və bəzi yüksək vəzifəli məmurlar təhlükəsizlik orqanlarının təşviq etdiyi internet məhdudiyyətlərinin azaldılması üçün daxili müzakirələr aparıblar. Lakin bu cəhdlərin nəticəsiz qaldığı bildirilir.

Mənbələrdən birinin sözlərinə görə, “müharibə davam etdikcə, Putin təhlükəsizlik xidmətlərinə üstünlük verir”.

Qəzet yazır ki, son dövrlərdə Rusiyanın müxtəlif regionlarında internetə çıxışla bağlı məhdudiyyətlər artıb və bu, Moskva elitası arasında narazılıq və istehza doğurub.

“The Guardian” həmçinin qeyd edir ki, bu proseslər fonunda Rusiyada “suveren internet” modelinin daha da gücləndirilməsi istiqamətində addımlar atılır. Bildirilir ki, hakimiyyət 2017-ci ildən etibarən internet infrastrukturunun dövlət nəzarətinə alınması və xarici təsirlərdən asılılığın azaldılması siyasətini genişləndirir.

Məqalədə o da vurğulanır ki, FSB-nin internet üzərində nəzarət səlahiyyətlərinin artırılması və bloklama mexanizmlərinin genişləndirilməsi cəmiyyət daxilində müxtəlif reaksiyalara səbəb olub.

Bəzi analitiklər hesab edirlər ki, bu tendensiya Rusiya daxilində rəqəmsal nəzarətin daha da sərtləşməsinə gətirib çıxara bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Vladimir Putin

Digər Xəbərlər