"Qəbələ"nin pley-offdakı rəqibi müəyyənləşib
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşib.
Ajans.az xəbər verir ki, I Liqanın sonuncu - XXVII turunda "Səbail"i məğlub edən "Mingəçevir" "Qəbələ"yə rəqib olub.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydanında keçirilən oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb
Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Mingəçevir" turnir cədvəlində ikinci sıraya yüksəlib və adını pley-offa yazdırıb.
Mövzular: