Reklam resmi
Reklam resmi

Konqoda yanan klinikadan Ebola simptomları olan xəstələr QAÇIB

Konqoda yanan klinikadan Ebola simptomları olan xəstələr QAÇIB
Dünya

Konqo Demokratik Respublikasında etirazçılar tərəfindən yandırılan klinikadan Ebola simptomları olan altı xəstənin qaçdığı bildirilir.

Ajans.az xəbər verir ki, bu barədə “Actualite” nəşri məlumat yayıb.

Hadisənin Rvampara şəhərində baş verdiyi qeyd olunur. Məlumata görə, Ebola şübhəsi ilə xəstəxanaya yerləşdirilən bir şəxs ölüb və yaxınları onun cəsədinin vida mərasimi üçün təhvil verilməsini tələb ediblər. Tibb işçiləri isə yoluxma riskini əsas gətirərək buna icazə verməyiblər.

Bundan sonra xəstənin yaxınları müayinə çadırlarını və tibbi avadanlıqları yandırıblar. Yanğın zamanı klinikada üç təsdiqlənmiş Ebola xəstəsi və test nəticələri gözlənilən daha üç şübhəli pasiyent olub. Bildirilir ki, həmin altı nəfər hadisə zamanı ərazidən qaçıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında və qonşu Uqandada Ebola epidemiyasını qlobal səhiyyə fövqəladə vəziyyəti kimi qiymətləndirib. Konqo rəsmilərinin məlumatına görə, ölkədə 131 nəfər Ebola səbəbilə həyatını itirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Konqo Demokratik Respublikası Ebola epidemiyası

Digər Xəbərlər