Everestdə insan "tıxacları"- GÖRÜNTÜLƏR
Everestdə əlverişli hava şəraitindən istifadə edən 300-dən çox alpinist zirvəyə qalxmağa hazırlaşır. Onların arasında Rusiya və digər ölkələrdən olan iştirakçılar da var.
Ajasn.az xarici mediaya istinadən xəbər verir ki, böyük alpinist qrupları 18 may tarixində yüksək düşərgələrə doğru hərəkət edib. Bir çox alpinist isə zirvəyə qalxmaq üçün 20 may tarixini seçib.
Hazırda zirvəyə aparan marşrutlarda ciddi sıxlıq müşahidə olunur, alpinistlər yol boyunca “insan tıxacının” yarandığını bildirirlər.
Mütəxəssislərin sözlərinə görə, yaz mövsümündə hava şəraitinin stabilləşməsi Everestdə kütləvi dırmanışların artmasına səbəb olur.
Mövzular: