Reklam resmi
Reklam resmi

"Sumqayıt" - "Qarabağ" matçının biletləri satışa çıxır

\"Sumqayıt\" - \"Qarabağ\" matçının biletləri satışa çıxır
İdman

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 33-cü turunda doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Ajans.az xəbər verir ki, mayın 22-də saat 19:30-da baş tutacaq matçın biletlərini iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 14:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək olar.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5, 10 və 20 manatdır.

Bilet almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

https://iticket.az/events/sport/sumqayit-fk-qarabag-fk-2026

Mövzular:
Azərbaycan Premyer Liqası sumqayıt qarabağ

Digər Xəbərlər