Reklam resmi
Reklam resmi

İspaniyada ATIŞMA: ÖLƏNLƏR VAR

İspaniyada ATIŞMA: ÖLƏNLƏR VAR
Dünya

İspaniyanın Almeriya əyalətində baş verən silahlı insident nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Ajans.az EFE agentliyinə istinadən xəbər verir ki, hadisə mayın 18-i axşam saatlarında El Ejido bələdiyyəsində qeydə alınıb. Yaralananlar arasında iki azyaşlı da var.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata əsasən, atıcının qurbanların bəziləri və ya hamısı ilə qohumluq əlaqələrinin olması ehtimal edilir. Reuters-in məlumatına görə, şübhəli şəxs saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
İspaniya atışma Almeriya əyaləti

Digər Xəbərlər