Epşteynin onlarla yeni qurbanı TAPILDI
Fransada amerikalı maliyyəçi Cefri Epşteynin on yeni qurbanı tapılıb.
Ajans.az xəbər verir ki, bu barədə Paris prokuroru Lor Bekko deyib.
O bildirib ki, Fransa hakimiyyəti Epşteynin Parisdəki mənzili ilə bağlı təhqiqatı yenidən başlatmışdı:
"ABŞ-da onunla bağlı sənədlərin dərcindən sonra prokurorlar potensial qurbanları ortaya çıxıb ifadə verməyə çağırıblar. İlin əvvəlindən 20-dən çox insan müraciət edib.
Eyni zamanda, biz yeni qurbanları da tapdıq, onların sayı on nəfərdir".
Mövzular: