Reklam resmi
Reklam resmi

Mahaçqalada uşaq bağçasında İNSİDENT: Uşağın barmağını KƏSDİLƏR

Mahaçqalada uşaq bağçasında İNSİDENT: Uşağın barmağını KƏSDİLƏR
Dünya

Mahaçqaladakı 22 nömrəli uşaq bağçasının üç əməkdaşı azyaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı həbs edilib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə mayın 8-də baş verib. 2023-cü il təvəllüdlü qız uşaq bağçada olduğu zaman naməlum şəraitdə sağ ayağından xəsarət alıb. Daha sonra o, sağ ayağının kiçik barmağının travmatik amputasiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmaya əsasən, uşağın barmağı qapı ilə sıxılıb. İddialara görə, vəziyyət ağırlaşdıqdan sonra bağça əməkdaşları müdaxilə edərək barmağı kəsiblər. Kəsilmiş hissənin uşağın geyiminə qoyulduğu, daha sonra evdə yerə düşdüyü bildirilir.

Uşaq evə qayıtdıqdan sonra valideynləri xəsarəti aşkar edərək dərhal onu xəstəxanaya aparıblar. Həkimlər bildiriblər ki, dırnaq falanqası amputasiya olunub, lakin xəsarət həyati təhlükə yaratmır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə ilə bağlı uşaq bağçasının üç əməkdaşı saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmədə özlərini təqsirli bilmədiklərini bildiriblər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Mahaçqala uşaq bağçası

Digər Xəbərlər