Reklam resmi
Reklam resmi

Hamilə qadının ürəyi dayandı, südü DAYANMADI- ŞOK HADİSƏ

Hamilə qadının ürəyi dayandı, südü DAYANMADI- ŞOK HADİSƏ
Dünya

Türkiyədə baş verən hadisə zamanı həyat uğrunda gedən mübarizə böyük rezonans doğurub.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, 3 aylıq körpəsini dünyaya gətirən 30 yaşlı gənc ana qəfil səhhətinin pisləşməsi səbəbilə kritik vəziyyətə düşüb. Təcili tibbi yardım mütəxəssisi Dr. Tutku Tanrıkulu dərhal müdaxilə edərək tam 35 dəqiqə ərzində ürək-ağciyər reanimasiyası həyata keçirib.

Hadisə şahidlərinin sözlərinə görə, reanimasiya davam etdiyi müddətdə həkimin “Qoy bütün səylərim mükafatlandırılsın… yaşadığı müddətcə” sözləri hər kəsi dərin təsirləndirib.

Uzun sürən mübarizədən sonra gənc ananın həyatını xilas etmək mümkün olub. Bu anlar sosial mediada geniş yayılaraq minlərlə insan tərəfindən “Bəşəriyyət ölməyib” sözləri ilə qiymətləndirilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Dr. Tutku Tanrıkulu

Digər Xəbərlər