Qazaxıstan və Türkiyə VACİB saziş İMZALAYIB
Qazaxıstan və Türkiyə pilotsuz uçuş aparatlarının birgə istehsalı ilə bağlı saziş imzalayıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, sənəd iki ölkə liderləri – Qasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdən sonra iki ölkənin rəsmi nümayəndələri tərəfindən imzalanıb. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, tərəflər ANKA tipli pilotsuz uçuş aparatlarının istehsalı və texniki xidmətinin təşkili üçün birgə müəssisənin yaradılması barədə razılığa gəliblər.
ANKA dronları Türkiyənin dövlət şirkəti Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən istehsal olunur. Bu pilotsuz aparatların əsas funksiyası 24 saatlıq kəşfiyyat və müşahidə, həmçinin yerüstü hədəflərə zərbələrin endirilməsidir.
Mövzular: