İsrailin Livana hava hücumlarında ölənlərin sayı 18-ə çatıb
Atəşkəsə baxmayaraq, İsrailin Livanın müxtəlif bölgələrində hava hücumlarında ölənlərin sayı 18-ə çatıb.
Ajans.az xəbər verir ki, İsrail ordusu 17 apreldə qüvvəyə minən atəşkəsə baxmayaraq, Livanın cənubuna hücumlarını davam etdirir.
Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri günortadan sonra Nəbatiyyənin Romin kəndindəki bir evi hədəfə alıb. Hücum nəticəsində ev tamamilə dağılıb, içəridə üç nəfər ölüb, bir çox insan yaralanıb.
Mövzular: