Reklam resmi
Reklam resmi

Macarıstanın yeni baş naziri dövlət iqamətgahından imtina etdi

Macarıstanın yeni baş naziri dövlət iqamətgahından imtina etdi
Dünya

Macarıstanın yeni seçilmiş hökumət başçısı Peter Madyar rəsmi dövlət iqamətgahında yaşamayacağını bəyan edib.

Ajans.az xəbər verir ki, o, bu qərarını "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.

Macarıstanın yeni baş naziri dövlət iqamətgahından imtina etdi - FOTO

Həmçinin yeni baş nazir seçkiqabağı təşviqat dövründə ölkəni gəzərkən idarə etdiyi "Skoda Superb" markalı maşını özünün rəsmi xidməti avtomobili kimi saxlayacağını bildirib.

Hələ aprel ayında Madyar "Facebook" profilində sabiq baş nazir Viktor Orbanın Buda qəsrindəki rəsmi iqamətgahından imtina etmək niyyətində olduğunu diqqətə çatdırmışdı.

Mövzular:
Macarıstan Peter Madyar

Digər Xəbərlər