Reklam resmi
Reklam resmi

Rusiyada atışmada məktəbli silahı ÖZÜ ALIB

Rusiyada atışmada məktəbli silahı ÖZÜ ALIB
Dünya

Rusiyanın Kuban bölgəsində məktəbdə atəş açan doqquzuncu sinif şagirdinin pnevmatik tapançanı özü aldığı məlum olub.

Ajans.az Mash teleqram kanalına istinadən xəbər verir ki, 16 yaşlı yeniyetmə səhər saatlarında məktəbə gələrək atəş açıb və nəticədə birinci və ikinci sinifdə oxuyan iki uşaq — bir oğlan və bir qız yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, həyati təhlükələrinin olmadığı bildirilir.

Hadisəni törədən şagird saxlanılıb. Bildirilir ki, o, atası olmadan anası və kiçik bacısı ilə yaşayır və əvvəllər profilaktik nəzarətdə olmayıb. Dindirmə zamanı silahı özü aldığını etiraf edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya hadisə məktəb

Digər Xəbərlər