"Qarabağ" "Qəbələ" ilə heç-heçə etdi
Azərbaycan Premyer Liqasının XXXI turunda daha bir matç keçirilib.
Ajans.az xəbər verir ki, "Qarabağ" səfərdə "Qəbələ" ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
"Qarabağ"ın heyətində 29-cu dəqiqədə Kadi Borges fərqlənib. "Qəbələ"dən İsmael Akinade 57-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Mövzular: