Reklam resmi
Reklam resmi

Məşhur aktrisa dövlətdən həyatına son qoymasına İCAZƏ İSTƏYİR

Məşhur aktrisa dövlətdən həyatına son qoymasına İCAZƏ İSTƏYİR
Dünya

Kanadalı aktrisa Kler Brosso fiziki cəhətdən sağlam olmasına baxmayaraq, evtanaziya hüququ əldə etmək üçün məhkəməyə müraciət edib. O, bu qərarını ağır psixi xəstəliklər — bipolyar pozğunluq və posttravmatik stress pozğunluğu ilə izah edir.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, 49 yaşlı Monreal sakini bildirib ki, aylardır evdən çıxmır və hər gün dözülməz psixoloji əzab yaşayır. Onun sözlərinə görə, daha əvvəl bir neçə dəfə intihara cəhd etsə də, bu cəhdlər uğursuz olub.

Aktrisa qeyd edib ki, ailəsi və dostlarının dəstəyinə baxmayaraq, artıq bu vəziyyətə dözə bilmir.

İş Ontario Ali Məhkəməsində araşdırılır. Brosso Kanadada tətbiq edilən “Ölümdə Tibbi Yardım” (MAID) proqramından istifadə etmək üçün istisna tələb edir. Hazırda bu proqram əsasən fiziki xəstəlikləri olan şəxslərə şamil olunur.

Mütəxəssislərin rəyləri isə fərqlidir: psixiatrlarından biri onun sağala biləcəyini desə də, digəri onun seçim hüququna hörmətlə yanaşdığını bildirib.

Aktrisanın ailəsi isə onun qərarını ağır qarşılayır və başqa çıxış yolunun tapılacağına ümid edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kanada Kler Brosso

Digər Xəbərlər