Belarus Ermənistana nota verdi
Mayın 5-də Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sarkisyan Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
Ajans.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətinin açıqlamasında deyilir.
"Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə əlaqədar olaraq erməni diplomata sərt etiraz bildirilib və müvafiq nota təqdim edilib" - Belarus XİN bildirib.
Mövzular: