Reklam resmi
Reklam resmi

Məşhur aktrisa 53 yaşında ANA OLDU

Məşhur aktrisa 53 yaşında ANA OLDU
Dünya

Amerikalı aktrisa Kameron Diaz üçüncü dəfə ana olub.

Ajans.az xəbər verir ki, aktrisa və həyat yoldaşı, Good Charlotte qrupunun gitaristi Benji Madden ailələrinə yeni üzvün qatıldığını açıqlayıblar. Xəbəri musiqiçi sosial şəbəkədə paylaşıb.

“Dünyaya xoş gəlmisən, oğlumuz! Ailəmizi sevirik – uşaqlarımız sağlam və xoşbəxtdir, biz isə minnətdarıq”, – deyə Madden bildirib. O, körpənin adının Nautas olduğunu qeyd edib.

Kameron Diaz və Benji Maddenin münasibətləri 2014-cü ildə ictimaiyyətə məlum olub, cütlük 2015-ci ildə evlənib. Onların 2019-cu ildə Raddix adlı qızları, 2024-cü ildə isə Kardinal adlı oğulları dünyaya gəlib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kameron Diaz ABŞKameron Diaz ABŞ

Digər Xəbərlər