Reklam resmi
Reklam resmi

Zelenski 9 May paradında hücum etməklə HƏDƏLƏDİ

Zelenski 9 May paradında hücum etməklə HƏDƏLƏDİ
Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna dronları 9 May Qələbə paradı zamanı Moskvaya təsir edə bilər.

Ajans.az xəbər verir ki, Zelenski bu açıqlamanı İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammitində çıxışı zamanı səsləndirib.

“Rusiya 9 May paradını elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, uzun illərdən sonra ilk dəfə onlar paradda silah nümayiş etdirə bilməyəcəklər. Ukrayna dronları da bu parada təsir edə bilər. Bu, onların əvvəlki kimi güclü olmadığını göstərir”, – deyə Ukrayna mediası Zelenskinin sözlərini sitat gətirib.

Eyni zamanda, o, Rusiyaya qarşı təzyiqlərin, o cümlədən sanksiyaların artırılmasına çağırıb və Avropa İttifaqına tətbiq edilən yeni məhdudlaşdırıcı tədbirlərə görə təşəkkür edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Volodimir Zelenski

Digər Xəbərlər