Təyyarə yük maşını ilə TOQQUŞDU- GÖRÜNTÜLƏR
Venesiyadan Nyuark Liberti Beynəlxalq Hava Limanına uçan United Airlines aviaşirkətinə məxsus Boeing 767 təyyarəsi eniş zamanı insidentlə üzləşib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə yerə enərkən hava limanı ərazisində hərəkətdə olan çörək sexinə məxsus yük maşını ilə toqquşmaq üzrə olub. Zərbə nəticəsində yük avtomobilinin şüşəsi sınıb.
Hadisə zamanı yük maşınının sürücüsü kəsik xəsarətləri alıb və xəstəxanaya aparılıb. Təyyarə isə təhlükəsiz şəkildə eniş edib. Sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
View this post on Instagram
Mövzular: