Rusiyanın Ukraynaya hücumlarında 10 nəfər ölüb
Son 24 saat ərzində Rusiyanın Ukraynaya raket və pilotsuz uçuş aparatı (PUA) ilə hücumları nəticəsində ən azı 10 nəfər ölüb, 70-dən çox insan yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna hakimiyyəti açıqlama verib.
Qeyd olunur ki, bazar günü Rusiya qüvvələri Ukraynanın cənubundakı Nikolayev şəhərinə ballistik raket zərbəsi endirib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən azı beş nəfər yaralanıb - üç kişi və iki qadın. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Mövzular: