ABŞ dövlət katibi İtaliyaya səfər edəcək
ABŞ dövlət katibi Marko Rubio mayın 7–8-də İtaliya və Vatikana səfər edəcək. Bu səfər ABŞ prezidenti Donald Tramp ilə Papa XIV Leo və İtaliyanın baş naziri Corcia Meloni arasında yaranmış gərginlik fonunda baş tutur.
Ajnas.az xəbər verir ki, İtaliya mediası bu səfəri tərəflər arasında münasibətləri yumşaltmaq cəhdi kimi qiymətləndirir.
Məlumata əsasən, Rubio İtaliyanın xarici işlər naziri Antonio Tayani, müdafiə naziri Quido Krozsetto və Vatikanın dövlət katibi Pyetro Parolin ilə görüşəcək. Onun Papa və ya Meloni ilə birbaşa görüşüb-görüşməyəcəyi hələ dəqiqləşməyib.
Mövzular: