Reklam resmi
Reklam resmi

Avstraliyada 5 yaşlı qızın qətlinə görə ETİRAZLAR BAŞLAYIB

Avstraliyada 5 yaşlı qızın qətlinə görə ETİRAZLAR BAŞLAYIB
Dünya

Avstraliyada aborigen icmasından olan 5 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin saxlanılmasının ardınca ucqar qəsəbədə yüzlərlə etirazçı ilə hüquq mühafizə orqanı əməkdaşları arasında toqquşma baş verib.

Ajans.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs yerli sakinlər tərəfindən huşunu itirənə qədər döyüldükdən sonra xəstəxanaya yerləşdirilib. Xəbərə görə, 400 nəfərdən ibarət qəzəbli kütlənin həmin xəstəxananın qarşısına toplaşmasından sonra Avstraliyanın baş naziri, Şimal ərazisinin polis komissarı və qurbanın ailəsinin nümayəndəsi etirazçıları sakitləşməyə çağırıblar.

Etirazçılar isə müxtəlif əşyalar ataraq və yanğınlar törədərək bir neçə polis əməkdaşını və tibb işçisini yaralayıblar, həmçinin polis avtomobillərinə, təcili yardım və yanğınsöndürən maşınlara ziyan vurublar. Hüquq-mühafizə orqanları kütləni dağıtmaq məqsədilə gözyaşardıcı qaz tətbiq edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Avstraliya qətl

Digər Xəbərlər